Modern.az

Özbəkistan Dağlıq Qarabağ razılaşmasını dəstəklədi

Özbəkistan Dağlıq Qarabağ razılaşmasını dəstəklədi

10 Noyabr 2020, 22:18

Noyabrın 10-da Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib.

 

Modern.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə keçirilən iclasda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın işğal olunmuş ərazilərində hərbi əməliyyatların dayandırılmasına münasibət bildirib.

 

“Biz Rusiya Federasiyasının fəal iştirakı ilə Dağlıq Qarabağda və digər münaqişə zonasında tam atəşkəs və hərbi əməliyyatların dayandırılması barədə razılaşmanı dəstəkləyirik” - deyən Şavkat Mirziyoyev ümid etdiyini bildirib ki, tezliklə bu regionda dinc həyat və sabitlik bərpa olunacaq.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi