Modern.az

Gəncədə yol qəzası - xəsarət alan var

Gəncədə yol qəzası - xəsarət alan var

Aktual

11 Noyabr 2020, 00:46

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov prospektində qeydə alınıb.

 

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını "Mercedes-Benz" markalı avtomobillə toqquşub. Qəza zamanı 1961-ci il təvəllüdlü Qoşqar Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır (apa).

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi