Modern.az

Paşinyan hələ də bunkerdə gizlənir

Paşinyan hələ də bunkerdə gizlənir

Dünya

11 Noyabr 2020, 10:40

Qarabağ döyüşlərində rüsvayçı məğlubiyyətdən sonra Ermənistan sakinləri baş nazir Nikol Paşinyanı axtarır.

 

Modern.az Ermənistanın “Qraparak” qəzetinə istinadən xəbər verir ki, Facebook-da tez-tez canlı yayıma çıxan Paşinyanın Müdafiə Nazirliyinin bunkerində gizləndiyi məlum olub.


“Bunkerdə özünü rahat hiss edən Paşinyan məhz burdan canlı yayımlara qoşulur. Paşinyanın ailə üzvlərin gəlincə, onun qızları – Məryəm və Şuşan 1 həftə əvvəl ölkəni tərk edərək Kanadaya gediblər”.

 

“Qraparak”ın məlumatına görə, Paşinyanın həyat yoldaşı Anna Akopyan, oğlu Aşot və kiçik qızı isə son günlər Gorus şəhərində olublar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal