Modern.az

Həmsədrlərdən növbəti bəyanat

Həmsədrlərdən növbəti bəyanat

Təhsil

14 İyul 2012, 00:05

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Robert Bradtke (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik bölgəyə 3 günlük səfərin yekunlarına dair bəyanat yayıblar.

Səfər zamanı Azərbaycan və Ermənistanın dövlət başçıları, xarici işlər nazirləri ilə görüş keçirən həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində dair növbəti dəfə fikir vurğulayıblar.

Bəyanatda Dağlıq Qarabağda aeroportun açılışına toxunan həmsədrlər məsələnin diplomatik yolla həll ediləcəyini əminliklə ifadə ediblər. Həmçinin bəyanatda həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sentyabr ayında görüşünü hazırlamaq məqsədilə yenidən səfər edəcəkləri göstərilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış