Hindistanın Uttar Pradeş əyaletində yerləşən bir kənddə qəbul edilən qeyri-adi qərar hər kəsi heyrətləndirib.Modern.az-ın xarici ölkə mətbuatına istinadən verdiyi məlumata görə, Hindistanın cənubunda yerləşən bu kənddə gənclərin sevərək ailə qurmağı qadağan edilib.
Belə ki, kəndin qərarına qarşı çıxar insanlar sərt cəzalandırılacaq. Hətta onlar kənddən bir dəfəlik qovularaq ailələri sürgün ediləcək.
Hələ də geri düşüncəli insanların yaşadığı kənddə yaşı 40-dan az olan qadınların tək evdən çıxması və mobil telefonla danışması da qadağan edilib. Kəndin qərarı dünya ictimaiyyətini şoka salıb.
Anar Rüstəmov