Modern.az

Teleaparıcıların kökəlmək dərdi - biri 5 ildir çörək yemir, o biri hər axşam qaçır, digərləri isə...”

Teleaparıcıların kökəlmək dərdi - biri 5 ildir çörək yemir, o biri hər axşam qaçır, digərləri isə...”

14 İyul 2012, 10:43

Efir hər zaman zövqümüzü oxşamağa çalışır. TV-də füsunkar zərif cins nümayəndəsi görəndə isə istər-istəməz tamaşaçının da əhval-ruhiyyəsi yaxşılaşır. Buna görə də telekanallar aparıcı seçimində çox vaxt cazibədar xanımlara üstünlük verir. Amma aparıcı-xanımlar bundan ötrü lazımi formanı qoruyub saxlamaq müşkülü də həll etməlidirlər.

Populyar veriliş sahibləri Modern.az-a öz sirlərini bölüşüblər.

ANS telekanalının aparıcısı İradə İsaq hazırda pəhrizdədir. “Mən dietoloqla təsadüf nəticəsində tanış oldum. O mənə əməlli-başlı təbii üsullarla arıqlamağa kömək etdi. Bu pəhrizdə nə çay, nə dərman var. Artıq dietamın 6-cı günündəyəm. Bu, çox ağır prosesdir. Heç bir şey yemək olmaz, və idmanla məşğulam”.

Aparıcı öz sirrini də bölüşdü. İ. İsaqın sözlərinə görə, hər səhər tezdən ritmik melodiyalar altında rəqs edir. “Axşamları qaçıram, amma işlərim çox olduğu üçün müntəzəm edə bilmirəm. Dietoloqum 2 saatdan bir mənə zəng edir, nə yediyimi öyrənir. Artıq bir şey yeyən kimi onun şəkli durur gözümün önündə ki, bunu yemək olmaz, bunu içmək olmaz... Dünən, məsələn, heç nə yeməmişəm”. 

İ.İsaq bildirib ki, telekanalın rəhbərliyi çəki ilə bağlı heç vaxt irad tutmayıb. “Amma iş yoldaşlarım deyirdi ki, İradə, bir az çəkini azalt, çünki efirdə kök görünürsən. Birhəftəlik pəhrizlə 2 kq arıqlamışam. “Hazırda 2 kq arıqlamışam. Deməli, 76 kq çəkim var idi, indi 74 olub. Amma yenə də düşməliyəm, 67 olmalıyam”, – deyə aparıcı bildirib.

ANS telekanalının digər aparıcısı Aytən Səfərova arıqlamağa cəhd etmədiyini söyləyib. “Mənim artıq çəkiylə bağlı kopleksim yoxdur. Yəni belə də mən gözələm. Amma səhhətimə görə, bir iki kilo atmaq problem deyil”.

Aparıcı idmanla da məşğul olmasa da, son vaxtlar piyada gəzməyə çalışdığını qeyd edib.  

“Xəzər” televiziyasının aparıcısı Billurə Tacəddinqızı idmanla məşğul olduğunu bildirib. “İdman təkcə arıqlamaq üçün deyil, həm də sağlamlıq üçün xeyirlidir. Amma idmana vaxt ayıra bilməyəndə, ağzımı tutmağa çalışırıq”.

Aparıcı pəhriz tutmağın əleyhdarıdır. “Mən heç vaxt xüsusi pəhriz saxlamamışam, heç bunun tərəfdarı da deyiləm. Lakin bəzi şeylərə məhdudiyyətlər qoyulmasını xoşlayıram.

B. Tacəddinqızı arıq qalmağının sirlərini də bölüşüb. “Məncə, stressdən uzaq olmaq lazımdır, düzgün qidalanmaq, axşam yeməmək, şirniyyatdan imtina etmək və əlbəttə, hərəkətli həyat tərzi keçirmək lazımdır. Mən də öz formamı bunlarla qoruyuram”.

Jurnalist xanım çalışdığı telekanalda arıq ya kök olması ilə bağlı heç vaxt tənqidlə üzləşmədiyini bildirib. “Əsas ağıldır, qabiliyyətdir. Amma hər bir teleaparıcı öz görünüşünə diqqət yetirməlidir”.

“Azad Azərbaycan” telekanalının aparıcısı Samirə Mustafayeva isə öz formasını qorumaq üçün 5 ildir ki, çörək yemədiyini bildirib. “Bunu heç ürəyim də istəmir. Hamiləlikdən sonra çörəkdən imtina etmişəm və o vaxtdan bəri də bu davam edir. Bu mənə çox kömək edir, kalorinin artmasına imkan vermir”.

Aparıcının sözlərinə görə, şokolad çox yediyi üçün  hərdən artıq çəki yaranır.  “Hazırda istirahətdəyəm, müntəzəm şəkildə idmana gedirəm. Yeni mövsümdə istəyirəm ki, formama qayıdım. Birdə ki, may ayında sentyabr ayına qədər gün ərzində ancaq su içirəm, gündə 2 litr, qara çay ümumiyyətlə içmirəm, ancaq yaşıl içirəm. Evdə də boş vaxt tapan kimi idman edirəm”, – deyə S. Mustafayeva bildirib.  

Sevinc İltifatqızı

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək