Modern.az

Pakistan Qarabağ razılaşmasını dəstəklədi

Pakistan Qarabağ razılaşmasını dəstəklədi

11 Noyabr 2020, 20:02

Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların dayandırılmasını alqışlayan açıqlama yayıb.

 

Modern.az-ın məlumatına görə, açıqlamada deyilir:

 

“Pakistan daim Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq nizamlanmasını dəstəkləyib. Tərəflərin hərbi əməliyyatları dayandırmasını elan etmələrini alqışlayırıq. Rusiya Federasiyasının vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşma Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün yeni fürsət yaradır.

Azərbaycan hökumətini və qardaş xalqını ərazilərinin azad olunması münasibətilə təbrik edirik. Bunun bölgədəki sabitlik və firavanlıq dövrünə, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmasına yol açacağına inanırıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi