"Böyük məmnuniyyətlə ifadə edirəm ki, Qarabağda 30 ilə yaxındır davam edən düşmən hegemonluğuna tarixi zərbə endirildi, Can Azərbaycan böyük qəhrəmanlıqla torpaqlarını geri aldı. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, Paşinyan məlum razılaşmanı öz istəyi ilə deyil, Azərbaycanın dəmir yumruğu hesabına qəbul etmək məcburiyyətində qaldı".
Modern.az xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında söyləyib.
MHP sədri böyük zəfər münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan əsgərini təbrik edib:
“Şanlı Azərbaycan əsgəri böyük qəhrəmanlıqla erməni dəstələrini zəbt etdikləri torpaqlardan qovub çıxarıb. Qatil Paşinyan istəməsə də məğlubiyyəti ilə barışıb, əlləri titrəyə-titrəyə razılaşmanı imzalamaq məcburiyyətində qalıb”.
Zəfəri inancın uğuru və əzmin mükafatı kimi dəyərləndirən D.Baxçalı bildirib ki, Ermənistan tökdüyü qanların bədəlini ödəyib, məğlubiyyətini qəbul etmək məcburiyyətində qalıb, işğala son qoyulub.