Modern.az

Parlament Paşinyanı istefaya göndərə bilmədi

Parlament Paşinyanı istefaya göndərə bilmədi

11 Noyabr 2020, 22:10

Ermənistan parlamentinin Baş nazir Nikol Paşinyanın istefası ilə bağlı növbədənkənar iclası baş tutmayıb.

 

Modern.az "İnterfaks"a istinadla xəbər verir ki, bunu parlamentin müxalifətçi deputatı Naira Zoqrabyan jurnalistlərə deyib.

 

Onun sözlərinə görə, parlamentin növbədənkənar iclası kvorumun təmin edilməməsi səbəbindən baş tutmayıb:

 

"İclasa yalnız parlamentin vitse-spikeri Lena Nazaryan gəldi. Hakim fraksiyadan olan digər deputatlar iclasa qatılmadı".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi