Modern.az

Tarif Şurasında metrodakı qiymət dəyişikliyinə baxılıb - Bahalaşma olacaq?

Tarif Şurasında metrodakı qiymət dəyişikliyinə baxılıb - Bahalaşma olacaq?

Təhsil

14 İyul 2012, 11:54

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda küçə reklamı yayımı tariflərinə baxılıb, Şuranın bəzi qərarlarına redaktə xarakterli dəyişikliklər edilib. Tarif (qiymət) Şurasının yeni qəbul edilən  qərarı ilə küçə reklamı sahəsində tariflərin tətbiqinin sadələşdirilməsi və bu sahəyə nəzarətin gücləndirilməsi məqsədilə reklam yayımı kateqoriyalarının sayı 17-dən 5-ə, zonalar üzrə tariflərin sayı 51-dən 15-ə endirilib və bir sıra əmsalların tətbiqi isə ləğv edilib.
Şuranın qərarına əsasən, Bakı şəhərində küçə reklamının (səyyar və ya stasionar) yayımı məqsədilə reklam daşıyıcısına ayrılan yerə görə aylıq tariflər bir kvadrat metr üçün zonalar üzrə müxtəlif olmaqla yerüstü keçidlərdə, körpü və estakadalarda 16-24 manat, küçələrin kənarlarında, meydan, park, bağ və yol ayrıclarında 12-20 manat, damlarda, binaların, hava şarlarının, aerostat və dirijablların üzərində 8-16 manat, yeraltı keçidlərdə, dayanacaqlarda, ticarət, köşk və yanacaqdoldurma pavilyonlarının günlüklərində 6-8 manat, hasarlarda, vitrin və pəncərələrdə isə 4-6 manat arasında müəyyənləşdirilib. Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə tariflər Bakı şəhəri üçün müəyyən edilən  tariflərə 0,7, digər regionlar üzrə 0,5 əmsalı tətbiq edilməklə, sosial reklam tarifləri isə müvafiq küçə reklamı tariflərinə 0,1 əmsalı tətbiq edilməklə müəyyənləşdirilib.

Yeni tariflər 1 avqust 2012-ci il tarixindən qüvvəyə minəcək.

İclasda həmçinin, Bakı Metropoliteninin metroda sərnişindaşıma xidməti üzrə 24 noyabr 2011-ci il tarixində aparılan son tarif dəyişikliyinin qurumun maliyyə-təsərrüfat fəaliyyətinə təsiri barədə hesabatı dinlənilib.  

Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış