Modern.az

“Atəşkəsi pozanlara qarşı birlikdə tədbir görüləcək” - Çavuşoğlu

“Atəşkəsi pozanlara qarşı birlikdə tədbir görüləcək” - Çavuşoğlu

Aktual

12 Noyabr 2020, 11:00

“Münaqişənin həllindən ən çox bölgə əhalisi yararlanacaq. Ermənilər qonşulara problem yaratmaqdansa, bölgənin rifahını düşünməlidirlər”.

 

Modern.az xəbər verir ki, bugünkü mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu belə deyib. O qeyd edib ki, açılacaq koridordan Azərbaycan və Türkiyə də faydalanacaq:

 

“Türkiyənin nəzarət mərkəzindəki rolu Rusiyanın roluna bərabər olacaq. Ev sahibi ölkənin də rolu önəmlidir. Ortak çalışma qrupu yaradıb, detalları müəyyənləşdirəcəyik. Sabah Rusiyadan qrup gələcək. Atəşkəsi pozanlara qarşı birlikdə tədbir görüləcək. Qardaş Azərbaycan xalqının da istəyi bu idi”.

 

Fidan ƏLİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi