Modern.az

TQDK-dan abituriyentlərə növbəti xəbərdarlıq

TQDK-dan abituriyentlərə növbəti xəbərdarlıq

Təhsil

14 İyul 2012, 12:47

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ad və soyadlarını dəyişən abitiriyentlərə xəbərdarlıq edib. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün sənəd verdikdən sonra soyadında və ya digər şəxsi məlumatlarında rəsmi qaydada dəyişiklik edilmiş abituriyentlər yeni sənədini TQDK-ya və ya Komissiyanın Gəncə, Naxçıvan, Şəki, Lənkəran, Quba regional bölmələrindən birinə təqdim etməklə bu barədə məlumat verməlidirlər.

Qeyd edilib ki, əks halda həmin abituriyentlərin qəbul imtahanında iştirakı mümkün olmayacaqdır. 

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış