Modern.az

Bakıda sabah yağış yağacaq, şimşək çaxacaq

Bakıda sabah yağış yağacaq, şimşək çaxacaq

Təhsil

14 İyul 2012, 13:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 15-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

 Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 Havanın temperaturunun gecə 17-22, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

İyulun 15-də Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, qısamüddətli yağış yağacağı, temperaturun 25-30 dərəcə isti təşkil edəcəyi gözlənilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış