Modern.az

DTX-nın işğaldan azad olunmuş rayonlarda şöbələri fəaliyyətə BAŞLADI

DTX-nın işğaldan azad olunmuş rayonlarda şöbələri fəaliyyətə BAŞLADI

Aktual

12 Noyabr 2020, 13:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb.

 

DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilmiş və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi