İranda həbsdə olan gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə üçün imzatoplama kampaniyasına başlanılıb. Modern.az xəbər verir ki, “İRƏLİ” İctimai Birliyi bu kampaniyaya start verib. Birlik bütün dünya ictimaiyyətinə, QHT-lərə, insan hüquqları müdafiəçilərə və gənc fəallara müraciət edərək 2 aydan çoxdur İranda əsassız yerə ittiham olunaraq, saxlanılan gənc şairlərin azad olunmasına dəstək göstərməyə çağırıb.
Qeyd edək ki, azərbaycanlı şairlər 2012-ci il aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İran İslam Respublikasına səfər ediblər. Lakin onlar tədbirdə iştirak etdikdən sonra mayın 2-də Azərbaycana qayıtmağa hazırlaşarkən İranın Təbriz şəhərində mülki geyimli naməlum şəxslər tərəfindən oğurlanıb saxlanılıblar.
Həmvətənlərimizə dəstək olmaq üçün bu linkə daxil olmaq lazımdır:
//www.gopetition.com/petitions/demand-of-immediate-release-of-2-citizens-of-the-republ.html
Sevinc İltifatqızı