I ixtisas qrupu üzrə sənəd verən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni bugündən çap edə bilərlər. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib. TQDK-dan bildirilib ki, iyulun 20-də ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. Bu imtahanda iştirak etmək üçün ərizə verən abituriyentlər iyulun 14-dan etibarən Komissiyanın internet saytından (//www.tqdk.gov.az/bvali2012/ErrorPage.aspx?m_error=1 ) imtahana buraxılış vərəqəsi çap edib götürməlidirlər.
IV və II ixtisas qrupları üzrə sənəd vermiş abituriyentlərin buraxılış vərəqəsini alacaqları vaxt barədə əlavə məlumat veriləcəkdir.