Rusiya prezidenti Vladimir Putin Qarabağala bağlı fərman imzalayıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 6 maddədən ibarət fərmanda Qarabağda və Laçın dəhlizində yerləşdiriləck Rusiya kontingentinin sayı, tərkibi və s. müəyyən olunub.
Fərmanın 3-cü maddəsinə əsasən, Rusiya Federal Təhlükəsizlik Xidməti Ermənistan Respublikası ərazisində Naxçıvan Respublikası və Azərbaycanın qərb bölgələri arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəf maneəsiz keçməsinə nəzarət edəcək.
Fərmanın 4-cü maddəsinə əsasən, Rusiya Federasiyası Qarabağdakı sülhməramlı kontingent ildə 2 dəfədən gec olmayaraq əvəzlənməli, hərbi texnika resurs və texniki tələbat olduqca yenilənməlidir.
Fərmanın 5-ci maddəsi isə Rusiya hökumətinə sülhməramlı kontingentin maliyyələşdirilməsi, hərbçilərə maaşların verilməsi və s. ilə bağlı göstərişləri nəzərdə tutub.