Bu gün İrəvanda keçirilən etiraz aksiyasında 62 nəfər saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, Ermənistanın paytaxtında keçirilən etiraz aksiyasında saxlanılan 62 nəfər polis şöbələrinə aparılıb.
Qeyd edək ki, artıq bir neçə gündür İrəvan şəhərində Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.