Modern.az

Rusiya “Mİ-24”lə bağlı cinayət işi başlatdı

Rusiya “Mİ-24”lə bağlı cinayət işi başlatdı

Aktual

12 Noyabr 2020, 23:52

Rusiya hərbi müstəntiqləri Ermənistan ərazisində Mi-24 helikopterinin qəzası ilə əlaqədar cinayət işi başladıblar.

 

Modern.az “İnterfaks”a istinadla xəbər verir ki, cinayət işi Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 351-ci maddəsi (uçuş və ya uçuşa hazırlıq qaydalarının pozulması) üzrə qaldırılıb.

 

Qeyd olunub ki, hazırda Rusiya, Azərbaycan və Ermənistan istintaqçıları ilkin istintaq tədbirləri görür. Onlar qəza yerinə baxış keçirib və bir neçə ekspertiza təyin olunub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi