Modern.az

III qrupun düzgün cavabları açıqlandı

III qrupun düzgün cavabları açıqlandı

Təhsil

15 İyul 2012, 10:36

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə  III ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının düzgün cavabları açıqlanıb. TQDK-nınmətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahanın nəticələri qurumun rəsmi saytında artıq yerləşdirilib.

Rus dili bölməsi abituriyentləri – //tqdk.gov.az/etalon2012/r3.htm, Azərbaycan dili abituriyentləri - //tqdk.gov.az/etalon2012/a3.htm - bu linklərə daxil olmaqla düzgün cavabları öyrənə bilərlər.

Qeyd edək ki, ali məkrəblərə ilk qəbul imtahanı III qrup üzrə respublikanın 6 şəhərində - Bakıda 30, Naxçıvanda 3, Gəncədə 7, Sumqayıtda 6, Şəkidə 4, Lənkəranda 4 binada keçirilib. Orta ümumtəhsil müəssisələrindən 2361 nəzarətçi-müəllimin iştirak etdiyi imtahana 220 imtahan rəhbəri cəlb olunub.

Xatırladaq ki, III ixtisas qrupu imtahan vermiş abituriyentlə imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727  nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.

Anar RÜSTƏMOV   

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış