Modern.az

Levon Ter-Petrosyan xalqına müraciət etdi - məğlubiyyətlə barışmaq lazımdır

Levon Ter-Petrosyan xalqına müraciət etdi - məğlubiyyətlə barışmaq lazımdır

13 Noyabr 2020, 11:51

Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli bəyanatını reallıq kimi qəbul etmək və müharibənin bitməsi ilə barışmaq lazımdır, artıq qurbanlar olmayacaq.

 

Modern.az erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə ölkənin sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin bəyanatında deyilir.

 

Bəyanatda qeyd olunur ki, razılaşmanın icrası və Qarabağ məsələsinin yekun həlli yaxın gələcəyin işidir və Ermənistan buna ciddi şəkildə hazır olmalıdır:

 

"İndi çalışmaq lazımdır ki, ölkədə vətəndaş müharibəsinin qarşısı alınsın".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi