Modern.az

Bakıda 4 maşın toqquşub

Bakıda 4 maşın toqquşub

Təhsil

15 İyul 2012, 16:55

Paytaxtın Suraxanı rayonunda zəncirvari qəza zamanı 4 avtomibil toqquşub. Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə Suraxanı rayonunda “Opel” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarındakı dəmir barmaqlıqlara çırpılıb və yolun hərəkət istiqamətində olan “Mercedes”, “Audi”, “Hundai” markalı daha 3 minik avtomobili “Opel” markalı avtomobillə zəncirvari toqquşub.

Hadisə nəticəsində avtomobillər deformasiyaya uğrayıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə “Opel” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1 nəfəri (həmin şəxs avtomobilin sürücüsünə yardım etmək məqsədilə sükan arxasına keçmiş və hadisə nəticəsində xəsarət almışdır) çıxarıb, ona ilkin tibbi yardım göstərib və hadisə yerinə çağrılmış Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil veriblər. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülübdür. Əməliyyat saat 13:27-də başa çatıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış