Modern.az

Kreml Qarabağa görə dolayısı ilə Ermənistanı İTTİHAM ETDİ

Kreml Qarabağa görə dolayısı ilə Ermənistanı İTTİHAM ETDİ

Dünya

13 Noyabr 2020, 13:04

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “Russian Today” telekanalına müsahibə verib.

 

Modern.az xəbər verir ki, Peskov müsahibə zamanı Qarabağ münaqişəsi ilə bağlı maraqlı açıqlamalar da verib.

“Siz bilirsiniz ki, Rusiyada Ermənistandakı qədər, bəlkə də daha çox erməni yaşayır. Əksər ermənilər və əksər azərbacanlılar Rusiya cəmiyyətinin hörmətli üzvləridir. Və onlar Rusiyada ilk növbədə yerli qanunlara tabe olmalıdırlar. Faciənin ilk günlərində müəyyən kiçik insidentlər yaşansa da, onların qarşısı qısa müddətdə alındı”-deyə Peskov deyib.

 

Dmitri Peskov Putinin Qarabağda atəşin dayandırılmasında həlledici rol oynadığını da diqqətə çatdırıb. Onun fikrincə, ATƏT-in Minsk qrupunun, həmçinin, Rusiyanın münaqişənin həlli ilə bağlı təklif etdiyi formulaları qəbul etməməkdə ittiham edib. Dolayısı ilə, Peskov Ermənistanı Qarabağın ətraf rayonlarını qaytarmamaqda ittiham edib.

 

“Hərbi əməliyyatlara qədər, Minsk qrupu və Rusiya bir sıras forumllar təklif etmişdi. Həmin formullar danışıqlar prosesində iştirak edən tərəflər üçün öncədən bəlli idi. Lakin təəssüf ki, bu və ya digər səbəbdən həmin formullar işləmədi. Əgər həmin formullar 2 il əvvəl qəbul edilsəydi, qan tökülməsinin qarşısı alınmışdı, minlərlə azərbaycanlı və erməni gənci sağ qalmış olacaqdı”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal