Modern.az

Rusiya sülhməramlılarını daşıyan daha 8 təyyarə Qarabağa yola düşdü

Rusiya sülhməramlılarını daşıyan daha 8 təyyarə Qarabağa yola düşdü

13 Noyabr 2020, 15:10

Daha 8 Rusiya sülhməramlılarını daşıyan təyyarə Dağlıq Qarabağa uçub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

 

"Noyabrın 13-də 8 ədəd İL 76 hərbi nəqliyyat aviasiyası Ulyanovsk-Vostoçnıy aerodromundan havaya qalxıb. Təyyarələr Ermənistandakı aerodroma 10-dan çox yüksək keçidli yük avtomobilləri, eləcə də 100-dən çox hərbçi aparıb.

 

Qeyd edək ki, Rusiyanın Dağlıq Qarabağda yerləşdirdiyi sülhməramlıların sayı 1960 hərbçidən, 9 zirehli tranportyordan və 380 avtomobil və digər texnikalardan ibarətdir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI