Modern.az

Rusiya Qarabağla bağlı humanitar əməliyyatlar mərkəzi yaradır - FƏRMAN

Rusiya Qarabağla bağlı humanitar əməliyyatlar mərkəzi yaradır - FƏRMAN

13 Noyabr 2020, 20:20

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ üçün idarələrarası humanitar əməliyyatlar mərkəzi yaratmaq haqqında fərman imzalayıb.

 

Modern.az-ın “RİA Novosti”yə istinadla məlumatına görə, Rusiya lideri bildirib ki, yeni qurum qaçqınların daimi yaşayış yerlərinə qaytarılması, Dağlıq Qarabağda mülki infrastrukturu bərpa etmək, normal yaşayış şəraiti yaratmaq üçün Azərbaycan və Ermənistan dövlət qurumları ilə qarşılıqlı əlaqələr qurulması ilə məşğul olacaq.

 

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, gələcək qurum sözügedən istiqamətdə müxtəlif dövlət qurumlarının fəaliyyətini uzlaşdıracaq. Həmçinin prezident Putin yeni mərkəzin müharibə fəsadları ilə üzləşən bölgələrin sakinlərinə humanitar yardımların çatdırılması üçün ictimai təşkilatlarla da əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü