Modern.az

Baş Prokurorluq hərəkətə keçdi

Baş Prokurorluq hərəkətə keçdi

Aktual

13 Noyabr 2020, 22:10

Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Polşada müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı Müşfiq İsmayılovun ermənilər tərəfindən öldürülərək meyitinin meşədə asılması barədə informasiyalar yayılıb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, baş vermiş hadisənin təfərrüatlarının müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Polşa Respublikasının Baş Prokurorluğuna rəsmi məktub göndərilməklə araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması və nəticəsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi xahiş olunub.

 

Araşdırmanın yekunu barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi