Formula 1 iştirakçıları və işçiləri növbəti dəfə yeni növ koronavirus (COVİD-19) testindən keçiriliblər.
Modern.az "TASS"a istinadla xəbər verir ki, testlərin nəticələrinə əsasən daha 8 nəfərdə koronavirus aşkarlanıb. Koronavirusa yoluxan şəxlərin adları və vəzifələri barədə məlumat verilmir.
Bildirilir ki, koronavirus testləri noyabrın 6-dan 12-dək keçirilib. Testlərdən 2 543 nəfər keçib.
Qeyd edək ki, Formula 1-in növbəti mərhələsi noyabrın 13-dən noyabrın 15-dək Türkiyədə keçiriləcək.