Modern.az

Türkiyənin müdafiə sənayesi məhsulları ixracı azalıb

Türkiyənin müdafiə sənayesi məhsulları ixracı azalıb

Aktual

14 Noyabr 2020, 10:14

2020-ci yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azalaraq 1,809 milyard dollara bərabər olub.

 

Bu barədə Modern.az-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 1,3 faizini təşkil edib.

Oktyabr ayında Türkiyə 287,973 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2019-cu ilin avqustu ilə müqayisədə 11,6 faiz çoxdur.

 

Oktyabr ayında müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 1,7 faizini təşkil edib.

Son 12 ay ərzində (oktyabr 2019 – oktyabr 2020) Türkiyə 2,458 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi