Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 504 yoluxma halı qeydə alınıb, 33 nəfər ölüb.
Modern.az-a xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb. Beləliklə, koronavirusa yoluxanların sayı 76 658 nəfərə, ölənlərin sayı isə 669 nəfərə çatıb.
Virusa yoluxanlardan 58 674 nəfərin sağaldığı bildirilir.