Modern.az

UNEC-in “Qarabağ müzakirələri” CANLI YAYIMDA...

UNEC-in “Qarabağ müzakirələri” CANLI YAYIMDA...

14 Noyabr 2020, 14:05

UNEC-də “Qarabağ müzakirələri”nə start verilir.

Noyabrın 16-da keçiriləcək ilk müzakirələr “Ermənistan işğalının Azərbaycana vurduğu zərər: metodologiya və ilkin qiymətləndirmə” mövzusuna həsr olunacaq.

 

UNEC-in rektoru professor Ədalət Muradovun moderatorluğu ilə keçiriləcək müzakirələrdə millət vəkili Mahir Abbaszadə, Türkiyənin Atatürk Universitetinin professoru Kerem Karabulut, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov və UNEC İAETİ-nun dosenti Fərhad Mikayılov mövzu ilə bağlı təqdimatlarla çıxış edəcəklər.

 

Müzakirələr saat 11:00-da UNEC-in rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanacaq. İştirakçıların mövzu ilə bağlı sualları məruzəçilər tərəfindən cavablandırılacaq.

Mövzu iə maraqlananları müzakirələrə dəvət edirik. Maraqlı olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI