Modern.az

Rəsmi Yerevan bir gündə 1000-ə yaxın hərbçinin ölümünü TƏSDİQLƏDİ

Rəsmi Yerevan bir gündə 1000-ə yaxın hərbçinin ölümünü TƏSDİQLƏDİ

14 Noyabr 2020, 14:14

Ermənistan Səhiyyə Nazirliyi Qarabağ döyüşlərində azı 2317 nəfər erməni hərbi qulluqçunun öldüyünü bildirib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qurum cəsədlərin qaytarılması prosesində itkilərin daha da çox olacağını əlavə edib.


“Bu günə qədər məhkəmə-tibbi ekspertizasından 2317 hərbi qulluqçunun cəsədi keçirilib. Onlar arasında kimliyi müəyyənləşməyən hərbçilər də var. Cəsədlərin dəyişdirilməsi prosesi yeni başlayıb və ona görə də, münaqişə tərəfləri ölən hərbçilərinin dəqiq sayı barədə məlumar verə bilməz”.

 

 Xatırladaq ki, bu günə qədər Ermənistan cəmi 1379 hərbi qulluqçusunun ölümünü təsdiqləmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü