Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tərtər rayonu ərazisində yerləşən işğaldan azad olunmuş Suqovuşan su anbarını mühafizəyə götürüb.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildiriblər. Belə ki, su anbarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ərazidə sutkalıq fasiləsiz nəzarət rejiminin tətbiqinə başlanılıb.