Modern.az

Nazirlikdən payız tətili ilə bağlı AÇIQLAMA

Nazirlikdən payız tətili ilə bağlı AÇIQLAMA

14 Noyabr 2020, 17:08

Təhsil Nazirliyi şagirdlərin 2020-2021-ci tədris ili üzrə planlaşdırılan payız tətili ilə bağlı açıqlama verib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, noyabrın 16-dan orta məktəblərdə şagirdlərin 5 gün payız tətili olmalı idi. Lakin oktyabrın ortalarında pandemiya ilə əlaqədar şagirdlərə noyabrın 2-dək iki həftəlik tətil verildiyindən noyabrın 16-dan payız tətili olmayacaq.

Noyabrın 16-dan şagirdlər distant formada təhsillərini davam etdirəcəklər.

Nazirlik tərəfindən iki həftəlik tətil verilən zaman onun kompensasiya ediləcəyi açıqlanmışdı.

 

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI