Modern.az

“Mahmud və Məryəm”in çəkiliş qrupu sabah Bakıya gəlir

“Mahmud və Məryəm”in çəkiliş qrupu sabah Bakıya gəlir

Təhsil

16 İyul 2012, 12:36

Azərbaycan və Türkiyə müştərək olaraq xalq yazıçısı Elçin Əfəndiyevin “Mahmud və Məryəm” filminin çəkilişlərinə başlayıb. Modern.az xəbər verir ki, hər iki ölkənin Mədəniyyət nazirliyinin ortaq işi olan filmdə rol alacaq türk aktyorlar Azərbaycana gələcək.

  “Mahmud və Məryəm”in rejissoru isə Mehmet Ada Öztekindir. O, hazırda Türkiyədə nümayiş olunan “Kuzey Güney” serialının rejissorudur.   Çəkiliş qrupu sabah 19:30-da Bakıda olacaq.    

Qeyd edək ki, filmdə Azərbaycan aktyorlarından Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Murad Abdullayev, Ramiz Məlikov, türklərdən isə Aras Bulut İynemli, Eva Dedova, Tomris İncer, Mehmet Çevik, Polat Bilgin, Şafak Başkaya, Kristina Krepela, Açelya Özcan, İlker Kizmaz, Mert Öcal və Cemal Hünal oynayacaq.  

Sevinc İltifatqızı
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış