Modern.az

Komitə sədrinin müavini: “Azərbaycan Qarabağın su ehtiyatlarından istifadə edəcək”

Komitə sədrinin müavini: “Azərbaycan Qarabağın su ehtiyatlarından istifadə edəcək”

14 Noyabr 2020, 17:46

“Qarabağ bölgəsi hərbi əməliyyatlardan sonra Azərbaycan dövlətinin diqqət mərkəzində olmalıdır. Azərbaycan xalqı Qarabağı cənnətə çevirməyə qadirdir". 

Modern.az-a mövzu ilə bağlı açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə deyib:

 

“Bu, bizim əsas məqsədimiz və hədəfimizdir. Qarabağın unikal təbiəti var. Bu təbiəti qorumaq, müharibənin və qəsdən ermənilərin törətdiyi yaraları sağaltmaq üçün bir çox işlər görməliyik. Əminəm ki, müvafiq beynəlxalq araşdırmaçıların vasitəsi ilə Ermənistanın Azərbaycan təbiətinə vurduğu zərbələrin hamısı qeydə alınacaq. Bununla bağlı müvafiq təşkilatlara öz iddialarımızla müraciət edəcəyik.

 

 

Ermənistan parlamentinin keçmiş vitse-spikeri deyib ki, çayları kimyəvi maddələrlə mütləq zəhərləmək lazımdır ki, o su ilə qidalanan azərbaycanlılar ölsünlər. Bu beynəlxalq hərbi cinayətə çağırışdır. Bu işlərə laqeyd yanaşmaq olmaz".

 

Deputat hesab edir ki, Azərbaycanda yaxın müddətdə suvarma ilə bağlı çox ciddi islahatlara ehtiyac var: 

 

"Biz yeni texnologiyadan istifadə etməliyik. Çalışmalıyıq ki, işlənilmiş və ya texniki sular istifadə olunmasın. İçməli su ilə suvarmaya istifadə olunan su ayrı olsun. Qarabağın təbiətini qoruyaraq, onun sularını da qorumalıyıq. Baxmayaraq ki, Qarabağ azad olunub, amma biz bu bölgəyə ehtiyatla yanaşmalıyıq”.

 

 

Fidan İlqarqızı

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI