Modern.az

Bu mal və əşyaların poçtla göndərişi qadağan edildi - QƏRAR

Bu mal və əşyaların poçtla göndərişi qadağan edildi - QƏRAR

14 Noyabr 2020, 20:01

Nazirlər Kabineti poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların siyahısına dəyişiklik edib.

 

Modern.az xəbər verir ki, qərara əsasən, radioaktiv maddələr; narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat; narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar; əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar; odlu silah və onun döyüş sursatlarının beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyaların siyahısına əlavə edilib.

 

Eyni zamanda qərara əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnikanın Azərbaycan Respublikasından beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI