Modern.az

İzmir zəlzələsində ölənlərin sayı artdı

İzmir zəlzələsində ölənlərin sayı artdı

14 Noyabr 2020, 20:16

Oktyabrın 30-da Türkiyənin İzmir vilayətində baş verən zəlzələ nəticəsində həlak olanların sayı 116-ya çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

 

Məlumatda qeyd edilir ki, yeraltı təkanlar zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən vətəndaşlardan biri həyatını itirib. Hadisə zamanı yaralanan 1034 nəfərdən 8-nin müalicəsi davam etdirilir.

 

Xatırladaq ki, oktyabrın 30-da Türkiyənin İzmir vilayətində yerli vaxtla saat 14.51-də 6,6 bal gücündə zəlzələ baş verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI