Modern.az

Prezident Hacıqabulda təməl qoyub

Prezident Hacıqabulda təməl qoyub

Təhsil

16 İyul 2012, 12:48

Bugün Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimi keçirilib. Modern.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.  Ölkə başçısı  Şirvan-Muğan qrup su kəmərinin planını və texniki göstəicilərini əks etdirən stendlərə baxıb.

Prezidentə məlumat verilib ki, Kür-Bakı su kəmərlərindən biri ilə nəql edilən su Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin tələbatının ödənilməsinə yönəldiləcəkdir. Şirvan-Muğan qrup su kəmərinin istismara verilməsi ilə ümumilikdə, 470 min insan keyfiyyətli və fasiləsiz su ilə təmin olunacaq. Azərbaycan Prezidenti Şirvan-Muğan qrup su kəmərinin təməlini qoyub.  

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, Şirvan Şəhər bir nömrəli lisey-məktəbin müəlliməsi Aynurə Rzayeva, Salyan rayon Qızılağac bələdiyyəsinin sədri Bünyad Yolçuyev çıxış edərək göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış