Modern.az

Ermənistan Bakıda enən sərnişin təyyarələrini “S-300”lə vurmağa cəhd edib - VİDEO

Ermənistan Bakıda enən sərnişin təyyarələrini “S-300”lə vurmağa cəhd edib - VİDEO

14 Noyabr 2020, 21:16

44 günlük müharibə dövründə Ermənistan tərəfi bir neçə dəfə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enən sərnişin təyyarələrini vurmaq niyyətində olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Caliber” “Youtube” kanalı məlumat yayıb.

 

Xəbərdə qeyd olunur ki, Ermənistan bu məqsədinə çatmaq üçün “S-300” zenit-raket komplekslərindən istifadə etməyə cəhd göstərib.

 

Düşmənin niyyəti Ukrayna səmasında Malayziya sərnişin təyyarəsinin vurulması ssenarisini həyata keçirmək olub.

 

Belə ki, Ermənistan təyyarələrin vurulma trayektoriyasını elə seçməyə çalışıb ki, insidentin səhvən Azərbaycanın törətdiyi versiyası ortaya çıxsın.

 

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü