Qarabağ ərazisində Rusiya sülhməramlı qüvvələrin komandiri, general Rüstəm Muradov təmas xəttində vəziyyətin "yavaş-yavaş" sabitləşdiyini deyib.
Modern.az TASS-a istinadla xəbər verir ki, o, döyüş əməliyyatlarının tamamilə dayandığını söyləyib:
"Ən əsası odur ki, təmas xətti ərazisində hər növ döyüş əməliyyatları dayandırılıb, biz bu gün heç bir atəş səsi eşitmirik. Vəziyyət yavaş-yavaş sabitləşir".