Bosniya və Hersoqovinada səfərdə olan deputat Qənirə Paşayeva Sarayevo Beynəlxalq Universitetin rektoru Özer Çinar ilə görüşüb. Deputat Azərbaycan universitetlərinin Bosniya və Hersoqivanın ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyinə də toxunub.
Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən rektor ölkəmizin getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib. O, rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini və bu istiqamətdə əməkdaşlığa başlamaq niyyətində olduqlarını bildirib.
Millət vəkili rektor Özer Çinarı Azərbaycana dəvət edib və o da öz növbəsində Azərbaycana səfər etməkdən böyük məmnunluq duyacağını ifadə edib.
Görüşün sonunda Q.Paşayeva Sarayevo Beynəlxalq Universitetin rektoru Özer Çinara Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar və özünün müəllifi olduğu kitabları təqdim edib.
Qeyd edək ki, deputat həmçinin universitetdə keçirilən “Beynəlxalq ailə” konfransında da iştirak edib.
Modern.az