Modern.az

Ukraynanın səhiyyə naziri koronavirusa yoluxdu

Ukraynanın səhiyyə naziri koronavirusa yoluxdu

15 Noyabr 2020, 08:12

Ukraynanın səhiyyə naziri Maksim Stepanov koronavirusa yoluxub.

 

Modern.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə nazir özünün “Facebook” səhifəsində yazıb.

 

“Dostlar, ehtiyatlı olmağıma və bütün təhlükəsizlik qaydalarına riayət etməyimə baxmayaraq, təəssüf ki, bu gün COVID-19 testim müsbət nəticə verdi. İndi özümü təcrid etmişəm, evdəyəm. Məsafədən işləyəcəm, gündəlik brifinqlər aparacam”, - deyə M.Stepanov yazıb.

 

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski və onun ofisinin rəhbəri Andrey Yermak da koronavirusa yoluxmuşdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI