Modern.az

Trampın məşhur filmdə necə yer alması məlum oldu

Trampın məşhur filmdə necə yer alması məlum oldu

15 Noyabr 2020, 08:49

"Evdə tək-2" filminin rejissoru Kris Kolambus Birləşmiş Ştatlar prezidenti Donald Trampın bu ekran əsərinə necə düşməsindən danışıb.

 

Bu barədə Modern.az “Insider”ə istinadən xəbər verir.

 

Rejissorun sözlərinə görə, yaradıcı heyət filmin çəkilişləri üçün həmin vaxt Trampa aid olmuş "Plaza" mehmanxanasını seçib. Ancaq ABŞ-ın gələcək liderinə qonorar verilərkən Donald Tramp kinematoqrafçılara qeyri-adi şərt irəli sürüb.

 

"Sizin filmin mehmanxanada çəkilişlərini apara bilməniz üçün yeganə üsul mənim filmdə olmağımdır", - Kolambus Trampın sözlərini sitat gətirib.

 

Rejissorun sözlərinə görə, filmin ilk nümayişində tamaşaçıların xoşuna gəldiyinə görə, o, səhnəni Trampla tərk etmək qərarına gəlib.

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI