Modern.az

Xarici İşlər Nazirliyi: “İki ölkədə səfir postu boşdur”

Xarici İşlər Nazirliyi: “İki ölkədə səfir postu boşdur”

Təhsil

16 İyul 2012, 13:36

Azərbaycanın bir neçə ölkədə səfirliklərinin açılması haqda rəsmi qərar olsa da, hələki yeni diplomatik nümayəndəliklərimiz təsis edilməyib. Bunu Modern.az saytına açıqlamasında Xarici işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

XİN rəsmisinin sözlərinə görə, Azərbaycanın bir neçə ölkədə yeni səfirliklərinin açılması gözlənilir.

“Azərbaycanın elə səfirlikləri var ki, onların açılması haqda rəsmi fərman var, amma səfirlik hələ təsis olunmayıb. Bu baxımdan həmin o səfirliklərə də təbii ki, rəhbər təyinatları aparılmayıb. Yaxın zamanlarda Azərbaycan səfirliklərinin açılması gözlənilir. Lakin hansı ölkələrdə olacaq, bu ancaq dövlət başçısının qərarından sonra bilinəcək”, - deyə E.Abdullayev bildirib.

Nazirlik rəsmisi hazırda Azərbaycanın iki ölkədə səfir postunun boş qaldığını vurğulayıb. Onun sözlərinə görə, ölkə başçısının müvafiq sərəncamında sonra Mərakeş və Qırğızıstan Respublikalarındakı səfirlərimiz geri çağırıldığı üçün bu ölkədəki diplomatik korpusumuzda rəhbər postlar hələ də boşdur. Hazırda həmin vəzifələri müvəqqəti işlər vəkili icra edir.

E.Abdullayev daha sonra Azərbaycan səfirlikərinin ərazi probleminə toxunaraq bu məsələnin həll edildiyini və xaricdəki səfirliklərimizin yerləşməsi üçün heç bir problemin olmadığını deyib.

“Səfirliklərimizin yerləşmək baxımından problemləri yoxdur. Bir çox səfirliklərimiz icarə əsasında götürdükləri binalarda yerləşiblər. Lakin bir neçə ölkə vardır ki, səfirlikərimizin yerləşdiyi binalar Azərbaycanın mülküdür. Yəni bizə məxsusdur”

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?