Modern.az

Ermənistanda koronavirusa yoluxanların sayı 117 min 337–yə yüksəldi

Ermənistanda koronavirusa yoluxanların sayı 117 min 337–yə yüksəldi

15 Noyabr 2020, 12:26

Ermənistanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı yenidən kəskin artaraq 117 mini keçib. Son sutka ərzində ölkədə daha 1482 nəfərdə koronavirus aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi yayıb.

 

Bildirilir ki, bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 117 min 337-yə yüksəlib.

 

Ölkədə pandemiya qurbanlarının sayı daha 25 fakt artaraq 1763-ə çatıb. Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı isə 450 nəfərdir.

 

Hazırda Ermənistanda 40 min 140 aktiv koronavirus xəstəsi var.

 

Xatırladaq ki, əhalinin hər yüz min nəfərinə düşən yoluxma hallarının və ölüm sayına görə, Ermənistan MDB məkanında birinci yerdədir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI