Modern.az

Hərbi Dəniz Qüvvələrində andiçmə mərasimi keçirilib - FOTO

Hərbi Dəniz Qüvvələrində andiçmə mərasimi keçirilib - FOTO

15 Noyabr 2020, 12:44

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, noyabrın 15-də Hərbi Dəniz Qüvvələrində gənc matrosların andiçmə mərasimi keçirilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc matroslar təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

 

Sonda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

 
Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI