Bu gündən paytaxt üzrə istiliyin verilməsinə başlanılır.
Modern.az-a daxil olan məlumata görə, bu, qazanxanaların mərhələli şəkildə işə salınması qrafikinə uyğun həyata keçirilir.
Bir neçə gün əvvəl xəbər vermişdik ki, 2020-2021-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planıına uyğun olaraq, istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb.
Həmin tədbirlərdə nəzərdə tutulduğu kimi, Bakıda istilik mövsümünə noyabrın 15-dən başlanılır.
Mövsüm ərzində ASC-yə məxsus 559 qazanxana vasitəsilə 3870 yaşayış binası, o cümlədən, 182 minə yaxın mənzil, 287 məktəb, 159 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 1950 digər sosial və təsərrüfat obyektləri istiliklə təmin ediləcək.