Salyan rayonu Marışlı kənd sakinləri Rəmzi Qurbanov və anası Bəhruzə Qurbanova intihar ediblər. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, iyulun 15-də Salyan rayonunun Marışlı kənd sakini Rəmzi Qurbanov həyətində ağacdan özünü asaraq intihar edib. Oğlunun ölümünü qəbul edə bilməyən R.Qurbanovun anası Bəhruzə Qurbanova intihar məqsədilə sirkə turşusu içərək özünə qəsd edib. Lakin Bəhruzənin həyatını xilas etmək mümkün olub. Hazırda o, xəstəxanaya yerləşdirilib.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
Modern.az