Modern.az

General Reşetnikov: "Ermənistanda hakimiyyəti anti-Rusiya qüvvələri götürsələr..."

General Reşetnikov:

Qarabağ

15 Noyabr 2020, 15:40

Ermənistan dövləti dünya xəritəsində yalnız Rusiyanın sayəsində mövcuddur.

 

Modern.az bildirir ki, bunu "Rus marağı" Youtube-kanalının efirində Rusiya Xarici Kəşfiyyat Xidmətinin istefada olan general-leytenantı Leonid Reşetnikov deyib.

 

Onun sözlərinə görə, əgər bu gün Ermənistanda anti-Rusiya qüvvələri hakimiyyətə gəlsələr, bu dövlətdən heç nə qalmayacaq.

 

"Unutmaq lazım deyil ki, "Ermənistan" sözü Rusiya imperiyası ilə dirilib, o yox idi. Bu çoxdan, yüzillər, yüzilliklər bundan əvvəl olub və ermənilərin indi malik olduqları hər şey Rusiyanın, sonra isə Sovet İttifaqının köməyi ilə edilib", - deyə L.Reşetnikov bildirib.

 

"Və əgər orada hansısa daha bir qüvvə-artıq küçədən yox, dalandan hakimiyyətə gələrsə, onda Ermənistanın sadəcə sonu çatacaq, o mövcud olmayacaq", - deyə istefada olan general-leytenant əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü