Modern.az

İstanbulda tarixi Vaniköy məscidində yanğın

İstanbulda tarixi Vaniköy məscidində yanğın

Aktual

15 Noyabr 2020, 15:58

İstanbulun Üsküdar rayonunda yerləşən tarixi Vaniköy məscidində yanğın baş verib.

 

Modern.az-ın xəbərinə görə, səbəbi məlum olmayan yanğınla əlaqədar hadisə yerinə  çox sayda yanğınsöndürən cəlb olunub.

 

Məscidin inşasında taxta materialdan çox istifadə olunduğu üçün yanğın sürətlə böyüyür və yanğından çıxan qatı tüstü şəhərin bir çox bölgəsindən görünür.

 

Hadisə ilə əlaqədar xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

 

Faktla bağlı araşdırma aparıldığı bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI